Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sanqaçal inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı

16 yanvar 2018 | 11:00

16 yanvar 2018-ci il tarixində Sanqaçal qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sanqaçal qəsəbəsi üzrə nümayəndəsi Azad Nərimanov hesabat verərək qeyd etdi ki, 2017-ci il Sanqaçal qəsəbəsi üçün uğurlu il olmuşdur.
Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Sanqaçal qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə xeyli  işlər görülmüşdür.
Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır.
Qəsəbə sakinlərini narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazimi tədbirlər görülmüşdür.Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2017-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

 

Keçidlər