Şriftin ölçüsü :

Saytın rəngi :

“Coca-cola məktəbli kuboku”

23 yanvar 2018 | 11:00

AFFA-nın təşkilatçılığı ilə 7-ci siniflər arasında keçirilən “Coca-cola məktəbli kuboku”  uğrunda futbol üzrə Respublika çempionatının rayon mərhələsi başa çatdı.
23 yanvar 2018-ci il tarixdə Qaradağ Təlim-idman bazasında Qaradağ rayon birinciliyinin final mərhələsi keçirildi.
Yekun görüşdə 4 komanda; 195 № li, 288 № li,  274 № li və 319 № li məkrəblərin komandaları iştirak etdi.
III yer uğrunda oyun  274 № li və 319 № li məktəblər arasında oldu. Daha yaxşı oyun nümayiş etdirən 319 № li məktəb III yerə sahib oldu. I yer  uğrunda oyunda  195 № li və 288 № li məktəblər arasında görüş isə daha gərgin mübarizə şəraitində keçdi. Yüksək oyun nümayiş etdirən Qobustan qəsəbəsində yerləşən 195 № li məktəbin şagirdləri rayon qalibi adını qazandılar.
Növbəti mərhələdə rayonumuzu təmsil edəcək 195 № li məktəbin fiziki tərbiyə müəllimi Z. Əbilov və onun yetirmələrinə uğurlar diləyirik.

Keçidlər