Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirici tədbir

12 yanvar 2018 | 11:00

12 yanvar 2018-ci il tarixdə Qaradağ Gənclər Evində Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı “İnsan alveri və uşaq əməyinin istismarı” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov, Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon Komitəsinin sədri N.Eyvazov, Gənclər Evinin direktoru S.Dada.zadə və rayon gəncləri iştirak edirdi.
Təlim zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, insan alverinin qarşısının alınması və eyni zamanda uşaq əməyinin istismarı dair iştirakçılara ətraflı məlumatlar çatdırıldı. Bununla yanaşı, iştirakçılara insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verildi. Daha sonra əyani vəsait kimi müvafiq mövzuda film göstərildi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı və iştirakçılara maarifləndirici çap materialları təqdim edildi.

Keçidlər