Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev siyasi kursu: Kreativ inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirilmişdir.

11 dekabr 2012 | 11:00

10 dekabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev siyasi kursu: Kreativ inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin depupatları Ağalar Vəliyev və Mixail Zabelin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Doktorantura şöbəsinin müdiri, tarix elmlər doktoru Musa Quliyev, Şura üzvləri və digər qonaqlar iştirak etmişlər.
Tədbirdən öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül çiçək dəstələri qoymuşlar.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq məfkurəsinin müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrildiyini qeyd etmişdir. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycanda ordu quruculuğunun, dövlətçiliyin möhkəmləndirilməsinin, ictimai-siyasi sabitliyin təmin edilməsinin və digər sahələrdə əldə olunan nailiyyətlərin bu gün də Azəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və həyata keçirilən siyasi kursun nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulamışdır.
Daha sonra çıxış edən qonaqlar müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirmişlər. Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında, respublikamızın ictimai, siyasi, mədəni, iqtisadi sahədə uğurlarının təməlində məhz ümummilli liderin uzaqgörən siyasətinin dayandığını nəzərə çatdırmışlar.
 

Keçidlər