Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon gənclərinin xarici ölkələrin gəncləri ilə dostluq əlaqələri

27 dekabr 2017 | 11:00

27 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon gənclərinin ölkələrin gəncləri ilə dostluq əlaqələrinin yaradılması istiqamətində tədbir keçirildi. İlk öncə iştirakçılara keçirilən tədbirin mahiyyəti, məqsəd və vəzifələri, gözlənilən nəticələr barədə məlumat verildi.
Qeyd olundu ki, “2015-2025-ci illərdə  Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na müvafiq olaraq gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləmək, bu əlaqələr vasitəsilə ölkə və region haqqında məlumatların yayılmasına, Azərbaycanın gənc dostlarının sıralarının genişlənməsinə nail olmaq məqsədilə Qaradağ rayonu gənclərinin beynəlxalq layihələrdə iştirakçılığın artırımasına dəstək vermək rayon rəhbərliyinin prioritet məsələrindən biridir. Daha sonra gondərilməsi nəzərdə tutulan mətnlərin mövzusu barədə lazımi tövsiyyələr verildi.
Böyük məmnuniyyətlə aksiyaya qoşulan gənclər müxtəlif ölkələrin gənclərinə xarici dildə həm Azərbaycan, həm də Qaradağ rayonu, o cümlədən ölkənin tarixi, toponimləri, adət və ənənəsi, həmçinin tarixi yerləri, xüsusən Qobustan Milli Qoruğu haqqında geniş məlumatlar göndərdilər və eyni zamanda onlardan da öz regionları haqqında məlumatların göndərilməsini öz mətnlərində qeyd etdilər

Keçidlər