Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər üçün peşəyönümlü tədbirlər davam edir

22 dekabr 2017 | 11:00

22 dekabr 2017-ci il  tarixdə Ələt qəsəbəsindəki Dəniz Nəqliyyatı, Gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzində qəsəbə məktəblərinin yuxarı sinif şagirdləri ilə peşəyönümlü tədbir keçirildi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon Məşğulluq Mərkəzinin settor müdiri Rasim Mirzəyev, Dəniz Nəqliyyatı, Gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Tədris MərkəzinDəniz Nəqliyyatı, Gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzinin direktoru Şakir hüseynov, müəllimlər, məktəblilər və gənclər iştirak edirdi.
Tədbirdə rayonun Lökbatan, Sahil, Qızıldaş və Ələt qəsəbələrində fəaliyyət göstəmiş peşə liseyləri və peşə məktəblərinin birləşməsi nəticəsində yaradılmış peşə tədris mərkəzləri və həmin mərkəzlərdə tədris olunan ixtisaslar barədə dinləyicilərə geniş məlumat verildi. Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini söyləyən rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov qeyd etdi ki, hər hansı bir peşə, ixtisas insandan müəyyən qabiliyyət tələb edir, peşələrin hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq peşə seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb edir. Bu keyfiyyətləri isə yalnız tədris yolu ilə əldə etmək mümkündür və bu məqsədlə də rayon peçə tədris mərkəzləri yaradılmışdır. Tədbirdə həmçinin gənclərə və onlarla birlikdə iştirak edən valideynlərinə düzgün peşə seçimi ilə bağlı zəruri tövsiyələr, əmək bazarının vəziyyəti haqqında ətraflı məlumat verildi. Fikir mübadiləsi gəncləri maraqlandıran suallara ətraflı cavab verildi.

Keçidlər