Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında qəzalı qamış binaların yerində inşa edilmiş ilk yeni binanın açılışı oldu

23 dekabr 2017 | 11:00

23 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə”  8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında qəzalı qamış binaların yerində inşa edilmiş ilk binanın açılışı oldu.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Azkomfort” MMC-nin rəhbəri Elvin İsmayılov və rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qəzalı vəziyyətdəki qamış evlərdə yaşayan vətəndaşların şəraitinin yaxşılaşdırılması üçün cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında inşa edilmiş binaların tikintisinin davam etdirildiyini bildirərək, qeyd etdi ki, bu gün hazır olan bir on iki mərtəbəli binaya 44 ailə köçürülür. Bu gün belə gözəl və təmirli mənzillər yeni 2018-ci il ərəfəsində sakinlərə təqdim edilir.
Bildirdi ki, inşası davam edən binalar istifadəyə verildikcə digər sakinlər də öz mənzillərinə köçürüləcəkdir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin,  Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və mənzil alan sakinlər çıxış edərək yeni mənzil alan sakinləri təbrik etdilər, görülmüş bütün işlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Sonra yeni mənzil alan sakinlərə mənzillərin açarları təqdim edildi.

Keçidlər