Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərlərdən qorun və qoru”

15 dekabr 2017 | 11:00

15 dekabr  2017-ci il tarixdə Korgöz qəsəbəsindəki 197 № li məktəbdə  “Narkotiklərdən qorun və qoru” mövzusunda toplantı keçirildi.
Dəyirmi masada  Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov, rayon İcra Hakimiyyəti başçısının Korgöz qəsəbə nümayəndəsi Zaur Məmmədov, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
Toplantıdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-2018-ci illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılmasını, keçirilən görüşün həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğunu qeyd edərək komissiya tərəfindən görülmüş işlər barədə iştirakçılara qısa məlumat verdi.
Həkim-psixoloq Ziba Dəmirqayazadə, məktəbin müəllimi İradə Soltanova yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı.
Şagirdlər adından çıxış edən IX sinif çagirdi Əminə Əliyeva belə qəbildən olan maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, apatılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşıcının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin vacibliyini qeyd etdil.
Tədbirin sonunda narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə videoçarx nümayiş etdirildi və iştirakçılara müvafiq mövzuda broşürlər paylandı.

 

Keçidlər