İlham Əliyev və Azərbaycanda idman siyasəti
14 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon idmançıları, məşqçilər və bədən tərbiyəsi işçiləri ilə “İlham Əliyev və Azərbaycanda idman siyasəti” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O qeyd etdi ki, böyüməkdə olan nəsli pis vərdişlərdən çəkindirmək, idman vasitəsilə onları layiqli vətəndaşlara çevirmək hakimiyyətdə olduğu bütün dövrlərdə Ümummilli Liderimiz Heydər Əliyevin idman siyasətinin əsasını təşkil edib. Əlavə edərək bildirdi ki, bu uğurlu yol hal-hazırda milli idmanımızın hamisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dövlət Başçısının diqqət və qayğısı, bilavasitə nəzarəti altında ölkənin ən ucqar bölgələrində belə yeni idman kompleksləri inşa olunur. Bu da perspektivli gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır və bununla yanaşı bir çox qitə və dünya çempionatlarının, beynəlxalq turnirlərin Respublikada keçirilməsinə əlverişli şərait yaradır. Mübaliğəsiz vurğulandı ki, ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi bir məkandır. Bundan əlavə idmanın müxtəlif növlərinin inkişafına dair Respublika Prezidenti tərəfindən imzalanmış Dövlət Proqramları icraçılardan idmanın müvafiq növünə kompleks yanaşmanı tələb edir. Nəticə etibarilə hal-hazırda idmanın bütün növləri ölkəmizdə özünün yüksək inkişaf mərhələcini yaşayır. Respublikaya axan qızıl, gümüş və bürünc medalların, idman titullarının sayı gündən-günə artmaqda davam edir. Daha sonra söylənildi ki, vətənə medallarla dönən həmvətənlərimiz sırasında Qaradağ rayonunun idmançılarının da adı vardır. Heç şübhəsiz ki, belə idmanşıların yetişməsində rayonumuzda idmana göstərilən diqqət və qayğı, idmanla müntəzəm məşğul olmaq üçün yaradılan şərait mühüm rol oynayır. Minnətdarlıq hissi ilə bildirildi ki, rayon rəhbərliyi tərəfindən idmançılarla keçirilən görüşlər, ümumrayon miqyaslı tədbirlərdə onların mükafatlatlandırılası, sosial məsələləri istiqamətində görülmüş işlər yeniyetmələrin idmana kütləvi formada cəlb olunmasına stimul verir.
Çıxış edən digər idmançılar da öz çıxışlarında bədən tərbiyəsi və idman sahəsində analoqu olmayan bir inkişaf dövrünü yaşayan Azərbaycan dövlətini beynəlxalq səviyyələli yarışlarda təmsil etdiklərinə görə daim böyük qürur hissi keçirdiklərini, ölkəmisin idman dünyasında nüfuz sahibi olduğunun və Azərbaycan idmançılarına hörmət və ehtiram göstərildiyinin canlı şahidləri olduqlarını böyük iftixar hissi ilə qeyd etdilər və rayonu bütün idman ictimaiyyəti adından idmançıların ən böyük hamisi və dostu İlham Əliyev cənablarına minnətdar olduqlarını bildirdilər.