Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gəncləri ilə insan hüquqları mövzusunda maarifləndirmə tədbiri

08 dekabr 2017 | 11:00

08 dekabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evində rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə İnsan hüquqları çərçivəsində “Gender sterotipləri və zorakılıq” mövzusunda rayon gəncləri ilə maarifləndirici seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan insan hüquqlarının qorunması müasir dövrdə ən çox istinad olunan prinsiplərdən biri olduğundan gənclərin insan hüquqlarının gender əsaslı ayrı-seçkilik, reprodiktiv sağlamlıq, təhsil hüququ kimi gənclər üçün vacib olan sahələri barədə məlumatlılığının artırılması böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı.
Daha sonra təlimin davam etdirilməsi üçün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Məryəm Məcidova və Pərvin Qasımov tədbir iştirakçılarına təqdim olundu.
Təlim zamanı insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, psixoloji amillər, mövcud sterotiplər, acıq və qapalı tipli sulların verilmə üsülü və ümumilikdə  zərərcəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni  vasitələrin tətbiqinə dair müzakirələr aparıldı. Təlimdən məmnun qalan gənclər müvafiq müvzuda təlim və seminarların rayonun digər qəsəbələrində də keçirilməsini təklif etdilər.

Keçidlər