Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsil millətin gələcəyidir!” mövzusunda dəyirmi masa

11 dekabr 2017 | 11:00

  11 dekabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evində rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıının təşkilatçılığı ilə “Təhsil millətin gələcəyidir” mövzusunda rayon gəncləri ilə görüş keçirildi.
 Tədbirdə ATGTİ-nin İşçi Qruplarla İş Departamentinin direktoru Hüseyn Babayev, ATGTİ-nin Departament direktoru müavinləri Ramiz Məhərrəmov, departamentin direktor müavinləri Elcan Qurbanov, Nurlan Səfərli, ATGTİ-nin nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun rəhbəri Elşən Qəhrəmanov iştirak edirdi. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O qeyd etdi ki, rayonun tələbə gəncləri ilə keçirilən görüşün  adı təsadüfi deyildir. Çünki, “Təhsil millətin gələcəyidir” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. Elə bu diqqət və qayğının sayəsində 1970- ci ildən başlayaraq hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin ən nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmiş və bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan vermişdir. Müstəqillik dövründə də təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən təhsil sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı imzalanmış fərman və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırılmasına təkan vermişdir. Hal-hazırda Ümummilli Liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.
 ATGTİ-nin İşçi Qruplarla İş Departamentinin direktoru Hüseyn Babayev  nəzərə çatdırdı ki, müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Elm və texnologiya əsri kimi xarakterizə olunan XXI əsr elmin inkişafını daha da zəruriləşdirir. Təhsil strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini də artırır.  Düzgün təhsil siyasətinin bərqərar olması yalnız dövlətin istəyi və iradəsi ilə həyata keçirilə bilməz. Bu, dövlət-vətəndaş birliyini, həmrəyliyini və əmkdaşlığını zəruri edən bir prosesdir. Çıxış edən tələbələr keçirilən tədbirə görə təşkilatçılara minnətdar olduqlarını bildirərək qeyd etdilər ki, rayon rəhbərliyi tərəfindən təhsilə göstərilən diqqət, o cümlədən hər tədris ilinin əvvəlində yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrlə rayon İcra Hakimiyyəti başçısının görüşü gənclərin təhsilə olan marağının artırılmasına bir stimul verir. Görüşdən məmnun qalan gənclər təhsil və elm sahəsində daha dərin biliklərə yiyələnməyə səy götərəcələrini bildirdilər.

Keçidlər