Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərinin iştirakı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə toplantı keçirildi

23 noyabr 2017 | 11:00

23 noyabr 2017-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin iştirakı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə toplantı keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin XMT üzrə baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov, Qaradağ Rayon Polis İdarəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar İsayev, Qaradağ Rayon Polis İdarəsinin YYÇPİTŞ-nin əməkdaşları, Səhiyyə Nazirliyinin həkim-narkoloqu Vəfa Əliyeva, Qaradağ Rayon Qeydiyyat Şöbəsinin rəisi Səidə Novruzova, dini icmanın üzvləri, dindarlar və ziyalılar və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti baçşısının müavini Təranə İsmayılova əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin artıq milli strategiya kimi formalaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Son illərdə uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradıldığını, bu istiqamətdə mühüm tədbirlərin reallaşdırıldığını qeyd etdi. Hazırda uşaqların dövlət qayğısı ilə təmin edilməsinin, hüquqlarının müdafiəsinin daim diqqət tələb edən sahə olduğunu bildirərək, rayon İcra hakimiyyətinin rayonun aidiyyəti qurumları ilə birlikdə yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiəsi sahəsində görülən işlər barədə söz açdı.
Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin XMT üzrə baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meylliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”,  DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin baş inspektoru, polis baş leytenantı Elmar Ədilxanov “Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədi ilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat?”, Qaradağ Rayon Polis İdarəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar İsayev və Şamlı məscidinin imamı, Şamlı dinin icmasının sədri Qaraoğlan Həsənov “Dini radikalizmin zərərli təsirləri”, Qaradağ Rayon Qeydiyyat Şöbəsinin rəisi Səidə Novruzova “Yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması”  mövzularında çıxışları maraqla dinlənildi.
Tədbirdə narkomaniyanın törətdiyi fəsadlar barədə video-çarx nümayiş olundu.
Sonda məktəblilərin çoxsaylı sualları cavablandırıldı.

Keçidlər