Şriftin ölçüsü :

Saytın rəngi :

QİÇS-lə Beynəlxalq mübarizə günü ilə tədbir keçirilmişdir

02 dekabr 2012 | 11:00

01 dekabr 2012-ci il tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə “1 dekabr – QİÇS-lə Beynəlxalq mübarizə günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, Bakı şəhəri Narkoloji dispanserin baş narkoloqu Lyudmila Cəfərova, Respublika QİÇS mərkəzinin şöbə müdiri Telman Məhərrəmov və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdə ilk öncə siqaretin insan orqanizminə, xüsusilə yeniyetmələrin səhhətinə təsiri, tütünə qurşanmaya aparan yol və məktəblilər tərəfindən aparılmış sosioloji sorğu haqqında video-çarx nümayiş etdirildi. Daha sonra şagirdlər tərəfindən hazırlanmış narkotik vasitələrə qurşanmış gəncin intiharla nəticələnmiş faciəli ölümündən bəhs edən səhnəcik maraqla qarşılandı.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev narkomanlığa qarşı kütləvi surətdə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci tarixli 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psiхotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini söyləyərək sözügedən proqramın icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə xüsusi komissiya yaradıldığını, həmin komissiya tərəfindən silsilə xarakterli tədbirlərin, yığıncaq və dəyirmi masaların keçirildiyini, həmin tədbirlərdə narkomanlığın aradan qaldırılması yolları üzrə fikir mübadilələrinin aparıldığını iştirakçıların nəzərinə çatdırdı. Həm narkomanlığa, həm QİÇS-ə və həm də digər zərəli vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan natiq bu işdə məktəbin rolunun xüsusi önəm daşıdığını qeyd etdi.
Tədbirin sonunda iştirakçılara “Narkomanlıqdan özünüzü qoruyun”, “QİÇS-ə yoluxmamaq səndən asılıdır”, “Zərərli vərdişlərdən qorun” adlı maarifləndirici broşürlər paylanıldı.

 

Keçidlər