Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılar “Narkotiklərə yox deyir”

29 oktyabr 2017 | 11:00

29 oktyabr 2017-ci il tarixdə Qaradağ rayonunun Sahil qəsəbəsində “İdmançılar narkotiklərə yox deyir” şüarı altında VKC karate üzrə Qaradağ rayon açıq birinciliyi keçirildi. Turnirdə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş komandalar iştirak edirdi.
Turnirin açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov yarış iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş 2013-2018-ci illər üçün nəzərdə tutulan “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın qərarına əsasən müvafiq mövzuda maarifləndirmə işlərinin aparılmasını nəzərə çatdırdı. Qeyd etdi ki, keçirilən turnir narkomanlığa qarşı mübarizənin ən yaxşı əyani göstəricilərindən biridir. Çünki bədən tərbiyəsi və idmanla məşğul olaraq fiziki və mənəvi cəhətdən sağlam olan gənc bir şəxsiyyət kimi formalaşır və böyüməkdə olan nəslin nümayəndələri üçün nümunəyə çevrilir. Azərbaycan VKC Federasiyasının prezidenti Nurəddin Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanı üçün gördüyü misilsiz işlərdən danışaraq bu yolun milli idmanımızın hamisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Qeyd olundu ki, keçirilən yarış və digər bu kimi turnirlər həm də olimpia oyunları və dünya çempionatları üçün bir hazırlıq mərhələsidir. Tədbir açıq elan edildikdən sonra birinciliyə start verildi.
   12 çəki dərəcəsində keçirilən yarışın ümumi yekun nəticəsinə görə qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim olundu.

 

Keçidlər