“Azərbaycan Gəncliyi 2017-2021-ci illər üçün Dövlət Proqramı”nı Qaradağ rayon gəncləri böyük ruh yüksəkliyi ilə qarşılayır
23 oktyabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evinin elektron kitabxanasında “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı”na həsr olunmuş “Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasəti” bu gün də davam etməkdədir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüsynov iştirak edirdi.
Tədbiri griş sözü ilə açaraq müasir Azərbaycan gəncliyinin vahid təşkilat altında birləşərək cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatına yaxından cəlb olunmasının bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov qeyd etdi ki, bu uğurlu yol 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə başlandı. Daha sonra H.Əliyevin iştirakı ilə keçirilən Azərbaycan gənclərinin I və II forumlarında Ulu Öndər tərəfindən söylənilən proqram xarakterli çıxışlardan sitatlar iştirakçıların nəzərinə çatdırıldı. Milli Məclisin deputatı Aydın Hüseynov 1999-cu ildə H.Əliyevin Dövlət başçısı kimi “Dövlət Gənclər Siyasəti” haqqında imzaladığı fərmanın tarixi əhəmiyyətindən danışaraq İlham Əliyevin ölkə gənclərinin lideri kimi öz biliyi, zəhmətsevərliyi və yüksək təşkilatçılıq bacarığı ilə hər bir gənc üçün bir nümunə olduğunu dedi. Millət vəkili seçicilərinə bildirdi ki, təməli Heydər Əliyev tərəfindən qoyulmuş uzun illər illər üçün nəzərdə tutulan dövlət gənclər siyasəti dövlətimizin başçısı İiham Əliyev tərəfindən inamlı addımlarla davam etdirilir. Bu siyasətin davamı olaraq 2005-2009, 2011-2015-ci illər üçün iki dövlət proqramı yüksək səviyyədə icra olunmuş və cari ilin 15 sentyabr tarixində 2017-2021-ci illəri əhatə edən növbəti “Azərbaycan gəncliyi Dövlət Proqram”ı qəbul edilmişdir. Rayonun fəal gənci Günel Hüseynzadə tərəfindən sonuncu dövlət proqramının məqsəd və vəzifələri oxunduqdan sonra dərirmi masa iştirakçısı olan gənclər çıxış edərək gəncliyə dövlət tərəfindən göstərilən diqqət və qayğıya, gənclər siyasətinin bütün sahələrini əhatə edən qəbul edilmiş dövlət proqramlarına görə Azərnaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirdilər. Bəyan etdilər ki, “Azərbaycan gəncliyinin 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklər.