“Müşviq” Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyinin yubiley mərasimi qeyd olunmuşdur.
30 noyabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayında “Müşviq” Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyini nəzdində fəaliyyət göstərən Günərzi İcma Əsaslı Rabilitasiya Mərkəzinin 10 illik yubiley mərasimi qeyd olunmuşdur.
Yubiley mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira xanım Süleymanova, UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard, Azərbaycanda fəaliyyət göstərən bir sira fövqəladə və səlahiyyətli səfirlərin xanımları, “Holcim-Azərbaycan” ASC-nin nümayəndələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirləri və məsul işçiləri, “DAN” Beynəlminəlçi Gənclər İctimai Biriliyinin sədri Gülarə Teymurova, Tisa məktəbinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə çıxış edənlər dövlətimizin məqsədinin qayğıya ehtiyacı olan və olmayan bütün insanların problemlərini həll etmək olduğunu bildirmişlər. Xüsusilə əlil insanlara yardım etmək, onların normal yaşamaq hüququnu təmin etmək bizim dövlətimiz üçün prioritet sahələrdən biri oduğunu qeyd etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəmcamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətlərinin artırılması, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evlərinin əsaslı təmir olunması, müasir standartlara uyğun olan yeni bərpa mərkəzlərinin yaradılması dövlətin məhz bu sahəyə göstərdiyi diqqətin təcəssümü kimi dəyərləndirilmişdir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olduğu vurğulanmışdır.
Məhz Qaradağ rayonun Sahil qəsəbəsində fəaliyyət göstərən “Müşviq” Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyinin əsas məqsədi cəmiyyətdə sağlamlıq imkanları məhdud olan insanlara qarşı formalaşmış stereotipləri qıraraq, cəmiyyət ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında yeni münasibətlər qurmaqdan ibarətdir. Birliyin təcrübəli müəllim heyətinin səyi nəticəsində bura gələn əlil uşaqlarla aparılan düzgün tədris prosesləri, davranış qaydaları onların həyatında bira sıra irəliləyişlər əldə olunmuşdur. Belə ki, Birlik ölkəmizi bir neçə xarici ölkədə təmsil edərək əlil uşaqların beynəlxalq müsanibəqlərində layiqincə çıxış etmişlər. Mərkəz fəaliyyət göstərdiyi dövr ərzində 400-dən çox əlilliyi olan uşağa xidmət göstərmişdir. Hal-hazırda mərkəzin xidmətlərindən 60 uşaq yararlanır. Birliyin köməyindən yaralanan 6 əlil uşaq isə Moskva Dövlət Sosial Humanitar Universitetində təhsil alır.
Tədbir Birliyin uşaqları tərəfindən hazırlanmış musiqili əyləncəli proqramla davam etmişdir.