Şriftin ölçüsü :

Saytın rəngi :

“18 oktyabr - Dövlət müstəqilliyi” günü münasibətilə hərbi hissədə qeyd olundu

18 oktyabr 2017 | 11:00

18 okyabr 2017-ci il tarixdə Səngəçal qəsəbəsində yerləşən “N” saylı h/hissədə “Dövlət müstəqilliyi”nin 26-cı ildönümü münasibətilə şəxsi heyətlə görüş keçirildi. Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak edirdi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı. Dövlət müstəqilliyi, Azırbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Hərbi hissənin siyasi işlər üzrə komandir müavini müstəqilliyə aparan yoldan, müstəqillik qazanıldıqdan sonra müstəqilliyin itirilməsi təhlükəsinin 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində qarşısının alınmasından danışdı. Milli məclisin üzvü Aydın Hüseynov seçiciləri olan hərbi qulluqçuları bayram münasibətilə təbrik edərək regionun ən qüdrətli ordusu olan Mülli Ordumuzun Ali Baş Komandanı İlham Əliyevə olan inamından və bu inamın bariz nümunəsi olan möhtəşəm “Aprel döyüşləri ilə” hamıya öz gücünü, qüdrətini və işğal altında olan ərazilərin qısa bir müddətdə azad etmək iqtidarında olduğundan  danışdı.
Tədbirin ikinci hissəsində Qaradağ rayon sakini Murad Laçınlının rəhbərliyi ilə Laçın instrumental ansamblı konset proqramı ilə çıxış etdi. Sonda hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi.

Keçidlər