Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr Azərbaycan energetiklərinin peşə bayramı günüdür

19 oktyabr 2017 | 11:00

20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, aparatın işçiləri və Qaradağ Rayon Enerji Təchizatı və  Satışı İdarəsinin əməkdaşları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 oktyabr Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə bütün energetikləri təbrik edərək vurğuladı ki, Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir.
Bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.
Aparılan islahatların uğurlu nəticəsidir ki,  bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkə daxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq” ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, bu gün də energetika sahəsində islahatların aparılması, energetiklərin sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyevin cənablarının daim diqqətindədir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin dövlət qulluğunda çalışan bir neçə əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olundu.

Keçidlər