Şriftin ölçüsü :

Saytın rəngi :

“18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş tədbir.

18 oktyabr 2017 | 11:00

18 oktyabr 2017-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı, professor Elman Nəsirov, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətinin olması ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından qat-qat çətin olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Anar İsgəndərov qeyd etmişdir ki, qədim zamanlarda Azərbaycan ərazisində bir sıra müstəqil dövlətlər mövcud olmuşdur. Lakin tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirmişdir. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra süqutundan sonrada müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir. 80-ci illərin sonlarında beynəlxalq aləmdə vəziyyətin dəyişməsi, keçmiş SSRİ-də mərkəzdənqaçma meyllərinin güclənməsi ilə Azərbaycanda da xalq hərəkatı dalğası yüksəldi. Görünməmiş miqyas alan bu hərəkatı yatırmaq üçün sovet tankları xalqın üstünə göndərildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdikləri vəhşiliklər, günahsız insanların qanının axıdılması xalq hərəkatını milli-azadlıq hərəkatına çevirdi. Onu da qeyd etdi ki, ilk dəfə məhz Heydər Əliyev Bu qırğını pisləyən bəyanatla çıxış etmiş və əslində baş verən hadisələrin siyasi mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırmışdı.
Daha sonra çıxış edən E.Nəsirov xalqımızın hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına mübarizə apardığını bildirdi. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə etdiyi bildirilmişdir

 

Keçidlər