Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa yox deyək”

07 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş 2013-18-ci illər üçün nəzərdə tutulan “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın qərarına əsasən rayon məktəblərinin maarifləndirilməsi işi 07 oktyabr 2017-ci il tarixdə Ümid qəsəbəsindəki 294 saylı məktəbdə “Narkomanlığa yox deyək” mövzusunda toplantı ilə davam etdirildi. Toplantıda  Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, məktəbin direktoru, Aynur Abdullayeva  psixoloq Təranə Məhərrəmova,  müəllimlər və şagirdlər iştirak edirdi.
Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi və videoçarx nümayiş etdirildi.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. O, iştirakçıların nəzərinə çatdırdı ki, sözügedən Dövlət Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə” yaradılmış rayon komissiyası tərəfindən silsilə tədbirlər keçirilir və hal-hazırda Sahil qəsəbə gəncləri ilə keçirilən maarifləndirici tədbir də hənim tədbirlər sırasındandır. Daha sonra müəllim və şagirdlərin nəzərinə çatdırdı ki, cari ayın sonunda “Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin keçirilir və  bu məqsədlə onları həmin müsabiqədə iştirak etməyə dəvət etdi.  Çıxış edən aidiyyatı həkim-narkoloq V.Əliyeva, psixoloq T.Məhərrəmova narkotik vasitələrin fəsadlarından, digər xəstəliklərə, o cümlədən QİÇS virusuna yoluxmaya bilavasitə səbəb  olduğundan danışdılar.  Tədbirdə iştirakçılara mövzuya uyğun broşürlər paylandı.

Keçidlər