Şriftin ölçüsü :

Saytın rəngi :

Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyəti Qaradağ rayonunda

03 oktyabr 2017 | 11:00

Rus dilinin və mədəniyyətinin təbliğatı ilə bağlı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyətinin “Vol QU Ryadom” təhsil layihəsi çərçivəsində Qaradağ rayonuna səfəri 02-06 oktyabr 2017-ci il tarixində nəzərdə tutulmuşdur. Tədbirin məqsədi gənclər arasında mehriban qonşuluq ünsiyyətinin yaradılması, rus dilinə və mədəniyyətinə marağın artırılması, fikir mübadiləsi və müzakirələr aparılmasıdır. Səfər zamanı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar.
02 oktyabr 2017-ci il tarixində Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində açılış tədbiri keçirilmişdir. Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və daha sonra Mərkəzin akt zalında Lökbatan qəsəbəsində rus bölməsi üzrə təhsil alan şagirdlərlə birgə tədbir keçirilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova tədbiri giriş sözü ilə açaraq, Qaradağ rayonu – Volqoqrad şəhərinin qardaşlaşmış əlaqələrindən bəhs etmişdir.
Daha sonra Volqoqrad Dövlət Universitetinin müəllimi Svetlana Çubay, “Amor” təşkilatının Volqoqrad şəhəri üzrə nümayəndəsi Dünya Əhədova çıxış etmişdir.
Təqdimat mərasimi keçirilmiş, bədii hissə ilə Heydər Əliyev Mərkəzində tədbir yekunlaşmışdır. Daha sonra Lökbatan qəsəbəsində yerləşən Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə tədbir davam etdirilmişdir. Tədbir məktəblilər tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər