Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa qarşı mübarizə ümumxalq işidir”

03 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş 2013-18-ci illər üçün nəzərdə tutulan “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın qərarına əsasən müvafiq mövzuda rayon məktəblərində maarifləndirici seminarların keçirilməsinin davamı olaraq 29 sentyabr 2017-ci il tarixdə Qızıldaş qəsəbəsindəki 180 saylı məktəbdə “Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” mövzusunda toplantı keçirildi. Toplantıda  Rayon Polis İdarəsinin Narkotiklərlə  mübarizə bolməsinin əməliyyat müvəkkili polis baş leytinantı Nicat Ədilbəyli, həmin idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili polis baş leytinantı Ruslan Şahbazov, psixoloq Gülnarə Kazımova, həkim Rəsmiyə Məmmədova, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edirdi.
Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
Toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov iştirakçıların nəzərinə çatdırdı ki, sözügedən Dövlət Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə” yaradılmış rayon komissiyası tərəfindən silsilə tədbirlər keçirilir və Qızıldaş qəsəbə gəncləri ilə keçirilən maarifləndirici tədbir də həmin tədbirlər qəbilindəndir. Daha sonra E.Abbasov müəllim və şagirdlərin nəzərinə çatdırdı ki, cari ayın sonunda “Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin keçirilməsi ilə əlaqədar onları həmin müsabiqədə iştirak etməyə dəvət etdi. Çıxış edən aidiyyatı təşkilatların təmsilçiləri, polis nümayəndələri N.Əlibəyli, polis baş leytinantı R.Şahbazov, psixoloq G.Kazımova, həkim R.Məmmədova insan orqanizminə daxil olan narkotik vasitələrin fəsadlarından, hansı cinayətlərlə müşayiət olunduqlarından və ən son nəticədə vaxsız ölümə səbəb olduğundan danışaraq narkotiklərə qarşə kütləvi mübarizə aparmağın ən gözəl vasitə olduğunu xüsusilə qed etdilər Tədbirdə sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylandı.a

 

Keçidlər