Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən “İslamda həmrəylik və sülh çağırışları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

18 sentyabr 2017 | 11:00

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri F.Əhmədov dini maarifləndirmə işinin əhəmiyyətindən, gənclər arasında radikal dini təbliğata qarşı mübarizənin vacibliyindən söz açıb. O, adıçəkilən layihə vasitəsilə Lökbatan qəsəbəsində bu istiqamətdə müsbət mühitin yarandığını vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov müasir dövrdə dünyada dini zəmində baş verən hadisələrə diqqət çəkərək buna qarşı mübarizədə həməylik mühitinin yaradılmasının önəmini vurğulayıb. Natiq dövlətin ölkədəki həmrəylik və tolerant mühitin qorunmasında və bu mühitin gələcək nəsillərə çatıdırılması istiqamətində gördüyü işlərdən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev dini radikalizmin milli-mənəvi dəyərlərimizə vura biləcəyi zərərlər, dini radikalizmlə mübarizədə ənənəvi dini dəyərlərin, eləcə də İslam həmrəyliyinin təbliği və inkişafının əhəmiyyətindən söhbət açıb.
Qaradağ  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Y.Nəsibov Azərbaycan cəmiyyətində multukultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd edərək bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi bu günkü gənc nəslin qarşısında duran əsas vəzifələrdəndir və bunun üçün hər bir gənc müstəqil dövlətimizin həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməlidir.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.

Keçidlər