Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

30 noyabr 2012 | 11:00

29 noyabr 2012-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavini Zəfər Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun professoru İmamverdi Həmidov, Bakı Dövlət Universitetinin Klassik Azərbaycan kafedrasının professorları Qara Namazov, Sənan İbrahimov və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 23 dekabr 2011-ci il tarixli Sərəncamını xalqımızın ədəbiyyat tarixinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova respublikada mədəni, elmi-kütləvi tədbirlərin keçirilməsinə ölkə rəhbərliyi tərəfindən yüksək şərait yaradıldığını, mədəniyyətin və incəsənətin inkişafına göstərilən diqqət və qayğının hər zaman olduğunu vurğulmışdır.
Daha sonra çıxış edənlər Nizami yaradıcılığının səkkiz əsrdən artıq xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrildiyini, böyük sənətkarın bütün həyatının və zəngin ədəbi fəaliyyətinin təkcə Azərbaycanın deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlı olduğunu bildirilmişlər. Nizami Gəncəvinin ümumbəşər mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirdiyi, şairin məşhur “Xəmsə”sinin insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu qeyd etmişlər.
 

Keçidlər