Şriftin ölçüsü :

Saytın rəngi :

28 iyul 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

28 iyul 2017 | 11:00

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 160-dən çox qəsəbədə sakinləri iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir

Keçidlər