Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayonu ilə Çin Xalq Respublikasının Şenzen şəhəri arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanmışdır.

30 iyun 2017 | 11:00

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiyasiyasının sədri cənab Chen Zhiyonq və onu müşaiyət edən nümayəndə heyətinin  27-30  iyun  2017-ci il tarixində ölkəmizə işgüzar səfəri çərçivəsində 27 iyun 2017-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunda işgüzar görüş keçirilmişdir.
Çinli qonaqlar Rayonun Lökbatan qəsəbəsində ucaldılmış Ümumilli lider Heydər Əliyevin əzəmətli büstü önünə tər gül dəstələri qoyaraq xatirəsi böyük ehtiramla yad edilmişdir. Qonaqlar Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli lider H.Əliyevin həyatını və onun siyasi fəliyyətini əks edən foto stendlə tanış olmuş, nümayəndə heyətinə Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və xalqımız qarşısında misilsiz xidmətləri haqda ətraflı məlumat verilmişdir.
Həmin gün Çinli nümayəndə heyəti Qaradağ Rayon İcra Hakimiy-yətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qəbul edilmiş və nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə qonaqları səmimi salamlayan cənab S.Mikayılov ötən son 25 il ərzində Çin və Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən geniş məlumat vermişdir.
Ötən müddət ərzində  dövlət başçısı cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkəmizin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün  yaradılmış əlverişli  biznes mühiti və yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun zəngin sənaye potensialı, sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında  geniş məlumat verilmişdir.
Çin Xalq Respublikasının  Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiyasiyasının sədri cənab Chen Zhiyonq dəvət və səmimi qəbul üçün Rayon İcra Hakimiyyəıtinin Başçısı cənab S.Mikayılova nümayəndə heyyəti adından təşəkürünü  bildirmiş, həmçinin keçirilən görüşün əhəmiyyəti və gələcək inkişaf prespektivləri haqda geniş məlumat vermişdir.
Cənab Chen Zhiyonq ölkələrimiz arasında möcvud əlaqlərdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə ölkələr arasında mövcud olan, iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalandı.
Görüşdə ölkəmizin iqtisadiyyatını, turizmini və Qaradağ rayonunun  sənaye potensialını, sosial-iqtisadi inkişafını, eyni zamanda Şenzen şəhərinin iqtisadiyatını və turizmini əks etdirən video-rolik nümayiş etdirilmişdir.
Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmış, Çinli  iş adamlarının ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilmiş və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınmışdır.
Səfər çərçivəsində Çinli nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Gəmiqayırma Zavodunun fəaliyyəti  ilə yaxından tanış olmuşlar.

Keçidlər