Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordumuz qürurumuzdur”

23 iyun 2017 | 11:00

23 İyun 2017-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialı birgə    26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində “Ordumuz qürurumuzdur” mövzusunda tədbir keçirmişlər.
Tədbirdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov,   Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin  sədr müavini  Şura  Musayev, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının  Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Qaradağ  rayon idarəsinin rəisi, palkovnik-leytenant  İlqar Əlimirzəyev, digər ictimaiyyət nümayəndələri və birliyin üzvləri olan müharibə əlilləri və veteranları iştirak edirdilər. 
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədri Maqsud   Heydərov  çıxış edərək Silahlı Qüvvələr günü   münasibətilə tədbir iştirakçılarını,   eləcə də Vətənin müdafiəsində igidlik və mətinliklə dayanan bütün hərbi qulluqçuları təbrik etdi. Bildirdi ki,  Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salır. Bu, hər bir vətənpərvər insanda qürur, fəxarət hissi yaradır. Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu günə kimi şərəfli və keşməkeşli yol keçməklə  dünyanın sayılıb-seçilən ordularından biridir.
      Millət vəkili, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sayəsində görülən işlərdən danışdı. Millət vəkili bildirdi ki, Azərbaycan ordusunun bugünkü gücü Ulu Öndərin əsasını qoyduğu siyasətin ana xəttini təşkil edir.  Vətən sərhəddən, sərhəd səngərdən, səngər isə əsgərdən başlayır. Dünyada 6 min xalq olsa da, onlardan yalnız  200-ün dövləti var. Dövlətin isə əsas atributlarından biri onun güclü ordusunun olmasıdır. Yalnız güclü dövlətin güclü ordusu olur. Azərbaycanda ilk ordu 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Daha sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı işlər Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Hazırda ordumuz günü-gündən qüvvətlənir. Bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin məsələyə qətiyyətli yanaşması nəticəsində mümkün olmuşdur. Dövlət büdcəsindən ordunun gücləndirilməsinə kifayət qədər vəsait sərf edilir. Biz ordumuzun gücünü ötən ilin aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə gördük. Bu gücü tək biz deyil, bütün dünya gördü və müdafiə etməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sülhün tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə çalışır.
     Daha sonra Azərbaycan QMƏVŞAİB sədr müavini Şura Musayev, Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini  Təranə İsmayılova, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ  rayon idarəsinin rəisi, palkovnik-leytenant  İlqar Əlimirzəyev  Azərbaycanda ordu quruculuğu sahəsində görülən böyük işlərdən, müharibə statuslu insanlara göstərilən xüsusi diqqət və qayğıdan danışaraq veteranları təbrik etdilər.
Tədbirin sonunda ictimai birliyin tədbirlərində fəal iştirak edən bir qrup müharibə əlil və veteranları “Fədai” və “Vətən Naminə” medalları ilə təltif  olundu.

Keçidlər