Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun - BMT-nin narkotiklərlə beynəlxalq mübarizə günü”nə həsr olunmuş dəyirmi masa

22 iyun 2017 | 11:00

22 iyun 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “26 iyun - BMT-nin narkotiklərlə beynəlxalq mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masada  Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov,  rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin  müdiri M. Bayramov, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, Bakı Narkoloji Diapanserin həkim-narkoloqu V. Əliyeva, Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi polis polkovnik-leytenantı İ. Məmmədov məktəb müəllimləri və gənclər iştirak edirdi.
Dəyirmi masadan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov BMT-nin hər il bu günü qeyd etməklə dünya ictimaiyyətinin diqqətini narkotiklərin yaratdığı problemlərə cəlb olunmasını diqqətə çatdıraraq narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-18-ci illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılmasını, keçirilən dəyirmi masanın həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğunu qeyd etdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov  son altı ayda komissiya tərəfindən görülmüş işlər barədə iştirakçılara məlumat verdi.
Həkim-narkoloq V.Əliyeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı.
Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi polis polkovnik-leytenantı İlham Məmmədov narkotiklərlə əlaqədar törədilmiş cinayət hadisələri, narkotik vasitələrin saxlanması, məhv olunaraq dövriyyədən çıxarılması barədə geniş məlumat verdi.
Çıxış edən digər şəxslər belə qəbildən olan maarifləndirmə tədbirlərinin məktıbli gənclər üçün çox önəmli olduğunu, apatılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşıcının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə əyani vəsaitlər,  broşürlər paylandı.

Keçidlər