Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi”

14 iyun 2017 | 11:00

14 iyun 2017-ci il tarixində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.
        Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov,  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İskəndərov,  Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər.
        İlk öncə tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra  Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa keçirildi.
         Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov  Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 23 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.          
     Tədbirdə çıxış edən digər natiqlər də 1993-cü il 15 iyunu tarixi qayıdış kimi qiymətləndirdilər. Tarixi faktlara söykənərək qeyd etdilər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov  yekunlaşdıraraq iştirakşıları 15 iyun - Milli Qurtuluş günü münasibətilə təbrik etdi və qonaqlara təşəkkürünü bildirdi.

Keçidlər