Korgöz qəsəbəsində səyyar görüş keçirilmişdir
16 noyabr 2012-ci il tarixində Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 130-a yaxın qəsəbə sakini iştirak etmişdir. İştirak edən qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavini Mahmud Qubatov qaldırılan problemlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavini Mahmud Qubatov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin probləmlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışmışdır.