“Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata kecirilən tədbirlərdə işəgötürənlərin iştirakı” və “Əmək Yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti “ mövzularında dəyirmi masa kecirmişdir
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 müəssisə və təşkilatın nümayəndəsi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Emil Abbasov açıq elan edərək mövzu ətrafında fikir və təkliflərini bildirmişdir.
Daha sonra Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın iclasının ikinci ildönümünə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata kecirilməsi nəticəsində ,sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatları tərəfindən boş iş yerlərinə yerləşdirilməsi barəsində məlumat verilmişdir. Mərkəzin direktoru müəssisə rəhbərlərinə Mərkəz tərəfindən təşkil olunan peşə kursları barədə geniş məlumat verdi. Müəssisə rəhbərləri gələcəkdə acılması nəzərdə tutulan vakant iş yerlərinə Mərkəz tərəfindən peşə kurslarına cəlb olunmuş işaxtaranlara üstünlük verəcəklərini də xüsusi vurğuladılar.
Sonda “Əmək Bazarında” yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildirdi və işəgötürənlərlə bu istiqamətdə fikir və təkliflər müzakirə olundu.