Qaradağ rayonunda 28 may Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir
Qaradağ rayonunda 28 may Respublika gününə həsr olunmuş silsilə tədbirlər davam edir.
Növbəti tədbir 2017-ci il may ayının 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində yekun hesabat konserti kimi keçirilmişdir. Konsertdə Qaradağ Rayon İcra başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov , Qaradağ rayonunda yerləşən Musiqi məktəbləti və Mədəniyyət evlərinin rəhbər işçiləri, məktəbin müəllimləri, şagirdləri iştirak etmişlər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək, 28 may Respublika günü münasibətilə hər kəsi təbrik etmiş, xalqımızın həyatında bu günün müstəsna əhəmiyyətindən danışmışdır. Konsertdə məktəbin istedalı şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Sonda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi cənab Vüqar Zeynalov qarşıdan gələn 28 May Respublika günü münasibəti ilə hamının bayramını təbrik etmiş, konsert haqqında öz xoş təsuratlarını bildirərək şagirdlərə müəllim kollektivinə uğurlar arzulamışdır