Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

18 may 2017 | 11:00

Mayın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Azad Rzayev adına 223 saylı tam orta məktəbdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, məktəbin direktoru Nailə Eyvazova, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışıb.
Daha sonra dini radikalizm və ekstremizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş edilib.
        Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev dini radikalizm və ekstremizmlə genişmiqyaslı mübarizənin aparıldığını qeyd etdi. Milli-mənəvi və ənənəvi dəyərlərimizə zidd dini düşüncələrlə mübarizədə maarifləndirmənin böyük əhəmiyyət daşıdığını bildirdi.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini radikalizmlə hüquqi-inzibati müstəvidə mübarizə haqqında geniş məlumat verdi.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırıldı.

Keçidlər