Şriftin ölçüsü :

Saytın rəngi :

QARADAĞ RAYONUNDA ƏHALİNİN TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ TƏDBİRLƏRİ UĞURLA BAŞA ÇATMIŞDIR.

17 may 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri aparılmışdır. Bununla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrində  müvafiq şəraitlər yaradılmışdır. Ümumilikdə tibbi müayinənin keçirilməsi müddətində rayonun səhiyyə müəssisələrində 11 qəsəbə üzrə 43411 nəfər rayon sakini müayinə edilmiş və aşkar edilmiş xəstəliklər üzrə müalicə təyin olunmuşdur.
Yaşayış sahələrində müayinələrin keçirilməsi və evdə olan yataq xəstələrinində müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur. Yekun olaraq 15 may 2017-ci il tarixində rayonun Sanqaçal qəsəbəsindəki tibb məntəqəsində 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim briqadası tərəfindən qəsəbə sakinləri üçün səyyar tibbi müayinədən keçirilməsi tədbiri təşkil olunmuşdur.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışdır. Onlar poliklinikaların həkim heyətindən və burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər