Şriftin ölçüsü :

Saytın rəngi :

15 may "Beynəlxalq Ailə Günü" ilə bağlı Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirildi

16 may 2017 | 11:00

15 may 2017-ci il tarixində Qaradağ rayonunun  Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 may "Beynəlxalq Ailə Günü" ilə əlaqədar yeni ailə quran gənclərin nikah mərasimi keçirildi. Mərasimdə 2 yeni ailə quran gəncin nikah aktının imzalanması baş tutdu.
      Doğmalarının da iştirak etdikləri mərasimdə ailə dəyərlərinin qorunmasının vacibliyi qeyd edilərək, yeni ailə quran gənclərə sağlam və xoşbəxt ailə həyatı, sevinc və səadət dolu günlər arzulandı.
      Mərasimdə iştirak edən Qaradağ Rayon Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Dilbər Məmmədova müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək, yeni ailə quran gənclərə cəmiyyətimizin müqəddəs təməl daşı olan ailə dəyərlərinə hər zaman sadiq qalmağı arzuladı. O, xalqımızın ailə dəyərlərinin, ailə ləyaqətinin həmişə hər şeydən üstün tutulduğunu, bu gün də ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri olduğunu vurğuladı.

Keçidlər