Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev anıldı
10 may 2017-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirildi.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzdülər.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildirdilər.
Bununla da mərasim sona çatdı.