Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam ailə sağlam gələcəyin təminatıdır”

09 noyabr 2012 | 11:00

08 noyabr 2012-ci il tarixində saat 1100-da Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 166 nömrəli məktəb-liseydə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı aksiya çərçivəsində tədbir keçirilmişdir.
Tədbirə rayon İcra hakimiyyətinin başçısı, müavinləri, aparatın şöbə müdirləri, məktəb direktorları və 150 nəfər rayon ictimaiyyətinin nümayəndəsi dəvət olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev tədbirdə gələn qonaqları təqdim edir.
Daha sonra mövzu ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin rəisi Reyhanə Kərimovaya, Qaradağ Rayon Qeydiyyat Şöbəsinin rəisi Tamila Babayevaya, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədovaya çıxış etmişlər.
Tədbirdə Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən iki nəfər gəncin nikah mərasimi olmuşdur.
 

Keçidlər