Azərbzycan xalqının Ümumilli Lideri Heydər Əliyevin аnаdаn olmаsının 94-cü ildönümünə həsr olunmuş cüdo üzrə Qaradağ rayon açıq birinciliyi
28-29 aprel 2017-ci il tarixlərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki “Yeni Sahil” İdman Kompleksində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin аnаdаn olmаsının 94-cü ildönümünə həsr olunmuş cüdo üzrə Qaradağ rayon açıq birinciliyi keçirildi.
Yarışa Qaradağ rayonunun Lökbatan, Sahil, Ələt, Müşfiqabad, Qobustan, Sanqaçal qəsəbələrinin idman bölmələri ilə yanaşı Bakı şəhərinin rayonları (Yasamal, Səbail, Xəzər, Nərimanov, Nəsimi, Binəqədi, Sabunçu) və Respublikanın müxtəlif rayon və klublarından (Abşeron, Ağdam, Salyan, Gəncə, Xızı, Qobustan, Yevlax, Sumqayıt-1, Sumqayıt UGİM, Qusar, Oğuz, Şamaxı, Siyəzən, Mingəçevir, Turan, Hövsan-OK, Neftçi İK, Bakı UGİM) cüdoçular da qoşulmuşdular.
Yarışların açılış mərasimində Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Abbasov, Bos Şelf şirkətinin direktor müavini Nazim Hüseynov, Bakı şəhər Gənclər və Idman Baş Idarəsinin rəisi Raqif Abbasоv, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və rayonun digər məsul işçiləri iştirak etdi. Çıxış edən natiqlər (R.Abbasov, E.Abbasov, N.Hüseynov ) Ümummilli Lider Heydər Əliyevin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasətinin uğurla nəticələnməsindən və bu siyasətin Dövlət Başçısı, Milli idmanımızın hamisi İlham Əliyev cənabları tərəfindən inamlı addımlarla davam etdirilməsindən danışdılar. Çıxışlarda qeyd olundu ki, Azərbaycanın müstəqil dövlət kimi özünü təsdiq etməsi və gündən-günə artan nüfuzu irimiqyaslı beynılxalq turnirlərin Respublikada keçirilməsinə səbəb olmuşdur. Cari ilin 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi aparılan uğurlu idman siyasətinin məntiqi nəticəsi olduğu vurğulandı.
Tədbirin bədii hissəsində rayon sakinləri olan gənc müğənnilər Gültəkin Məmmədova və Hicran Nur, Ə.Əmirov adlna Mədəniyyət Sarayının nağaraçalanlar ansamblı və rəqs qruplarının iştirakı ilə qısa konset verildi.
I, II, III yerləri tutmuş idmançılar və onların məşqçiləri müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla mükafatlandırıldılar. Tədbir efir vasitəsilə işıqlandırıldı.