Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 94 illik yubileyinə həsr olunmuş “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tibbi müayinə aksiyası keçirildi
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi Qaradağ rayonunda geniş şəkildə qeyd olunur.
Əlamətdar günlə bağlı 20 aprel 2017-ci il tarixində Qaradağ rayonunun ucqar qəsəbəsi olan Çeyildağ qəsəbəsində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası təşkil olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tibbi müayinəyə gəlmiş Çeyildağ qəsəbə sakinləri qarşısında çıxış edərək oftalmoloq alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişdir. Eyni zamanda çıxışında tibbi müayinələrin bir sıra xəstəliklərin vaxtında aşkarlanmasına, patologiyaların qarşısının alınmasına kömək etdiyini, rayonumuzda hər cür avadanlıqlarla təchiz olunmuş xəstəxanaların fəaliyyət göstərdiyini, lakin bəzi sahələrdə mütəxəssislərə ehtiyac duyulduğunu bildirmiş və bu baxımdan, kompaniyanın böyük əhəmiyyəti olduğunu vurğulamışdır.
Aksiya müddətində rayonun səhiyyə müəssisələrində çalışan təcrübəli 15 nəfər həkim-mütəxəssislər tərəfindən 200-ə yaxın qəsəbə sakini tibbi müayinələrdən keçmiş, səhhətində problem olan bəzi sakinlərə məsləhətlər verilmiş və müvafiq müalicə təyin olunmuşdur.