Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinə həsr olunmuş tədbir keçirildi

25 aprel 2017 | 11:00

25 aprel 2017-ci il tarixində Çernobıl faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon bölməsinin sədri Raidə Məmmədova, bir qrup Çernobıl əlili və onların ailə üzvləri iştirak edirdi.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq, qeyd etdi ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və Prezident İlham Əliyev cənablarının fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.
Öz növbəsində Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon bölməsinin sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə Çernobıl əlillərinə söz verilərək, onların arzu, istəkləri  dinlənildi.
Sonda rayonda yaşayan 70 nəfər Çernobıl əlillərinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıldı.

Keçidlər