Şriftin ölçüsü :

Saytın rəngi :

Ordudan tərxis olunan gənclərlə görüş keçirilib

20 aprel 2017 | 11:00

20 aprel 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərlə görüş keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi İlqar Əlimirzəyev açaraq gənclərə ordu quruculuğunda görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Xalqla ordunun birliyi möhkəmdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışaraq, bu proqram çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırdı.
Milli Məclisin deputatı Mixail Zabelin həqiqi hərbi xidmətini başa vuran gənclərin könüllü olaraq hərbi hissələrə qayıtdıqlarını və vətənin keşiyində mərdliklə dayandıqlarını vurğuladı. Sonra Qaradağ Rayon Veteranlar Şurasının sədri Əli Məmmədov ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə göstərilən diqqət və qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən geniş danışdı.
Hərbi xidmətdən tərxis olunmuş gənclər çıxış edərək hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və qayğıdan söhbət açdılar. Onlar hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını qeyd etdilər. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və məcburi köçkünlərin öz-yurd yuvalarına qayıdacaqlarına əminlik ifadə olundu.
Sonda həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə hərbi bilet və qiymətli xatirə hədiyyələri təqdim edildi. Tədbirin sonunda hərbi xidmətdən tərxis olunanlar üçün əmək yarmarkası keçirildi. Hərbi xidmətdən tərxis olunmuş gənclərin 10 nəfəri rayon ərazisində yerləşən sənaye müəssisələrində işlə təmin olundu.

Keçidlər