09 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilmişdir
07 noyabr 2012-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinlər Zəfər Əliyev, Mahmud Qubatov, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar jurnalisti Tahir Məmmədov, İki Sahil qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışmışdır.
Üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul olunduğunu bildirmişdir. Məhz bu hadisədən sonra Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunun verdiyi tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra çıxış edənlər natiqlər Üçrəngli bayrağımızın dünyanın bir çox ölkəsində, mötəbər təşkilatların qarşısında dalğalanmasını hər kəsdə qürur verici hisslər oyatdığını və bunun müstəqilliyimizin, dövlətimizin artan nüfuzunun göstəricisi kimi qeyd etmişlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı 17 noyabr 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Bayrağı Meydanının yaradılması və həmin yerdə Azərbaycan Respublikasının gerbinin, dövlət himninin mətninin əks olunaraq möhtəşəm muzeyin fəaliyyət göstərməsi dövlət rəmzlərimizə hörmətin əlaməti kimi vurğulanmışdır.