Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynanın Azərbaycandakı səfiri Qaradağ məktəblilərini fəxri fərmanla təltif etmişdir

16 mart 2017 | 11:00

16 mart 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində Ukrayna Konqresinin növbəti görüşü keçirilmişdir.
Görüşdə Azərbaycandakı Ukrayna konqresinin sədri cənab Osadçenko Yuriy Leonidoviç, Ukrayna konqresinin idarə heyətinin üzvləri Qorobçuk Olqa Alekseyevna, Qasımova Qalina Fyodorovna, Nəsirov Ramiz, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayonda yaşayan ukraynalı sakinləri iştirak edirdilər. 
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Ukrayna və Azərbaycan xalqlarının dostluğu, Ukrayna-Azərbaycan arasındakı ikitərəfli əlaqələr haqqında danışaraq, Ukraynanın bir çox ictimai, siyasi xadimlərinin Ulu Öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirdiyini bildirmişdir. Qeyd etmişdir ki, vaxtı ilə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurmuşdur. Ukrayna Azərbaycan dostluğunun bariz nümunəsi Bakı şəhəri Qaradağ rayonu və Kiyev vilayətinin İrpen şəhəri arasında qardaşlıq əlaqələri haqqında anlaşma olmuş, yaranmış əlaqələrin təzahürü olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsində şairin adına bu park salınmış, 2004-cü ildə şairin büstü qoyulmuşdur. O bundan sonra da bu dostluq əlaqələrinin davamlı olacağını bildirdi.
Sonra Azərbaycandakı Ukrayna konqresinin sədri cənab Osadçenko Yuriy Leonidoviç çıxış edərək bildirdi ki, hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyətdə kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycanda öz növbəsində Ukraynanın qarşılaşdığı indiki ağır dönəmində öz mənəvi yardımını əsirgəmir, beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.
Fərəhləndirici haldır ki, bu gün Azərbaycan Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrik düşüncənin məntiqi dayanır. O, müdrik düşüncə ki, onun memarı və müəllifi dahi Heydər Əliyevdir. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası möhtərəm prezidentimiz İlham Əliyev tərəfindəndə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafında xüsusi rol oynamışdır.
Tədbirin sonunda Ukraynanın Azərbaycandakı səfiri adından görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın anadan olmasının 146 illik yubileyinə həsr olunmuş tədbirdə fəal iştirak etmiş məktəblilər fəxri fərmanla təltif olunmuşlar.

Keçidlər