Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırımı”nın qurbanları rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə anıldı

25 fevral 2017 | 11:00

25 fevral 2017-ci il tarixdə Qaradağ rayon Gənclər və İdman idarəsi Ə.Əmirov adına Mədəniyyət Sarayı ilə birgə rayon ərazisində yerləşən “N” saylı hərbi  hissədə “Xocalı soyqırımı”nın qurbanlarının anım mərasimində iştirak etdilər. Mərasim Xocalı faciəsində şəhid olmuş günahsız insanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Faciə barədə məruzə oxunduqdan sonra Ə.Əmirov adına Mədəniyyət Sarayının dram dərnəyinin ifasında Xocalı qətlamı haqqında ədəbi-bədii kompozisiya təqdim olundu və daha sonra faciəni əks etdirən videoçarxa baxış keçirildi. Tədbirin sonunda çıxış edən Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov “Xocalı faciəsi”nin 25-ci ildönümü ilə bağlı rayonda keçirilən silsilə xarakterli tədbirlərdən, o cümlədən faciənin gənclər tərəfindən beynəlxalq təşkilatlara çatdırılmasından söz açdı və həmin tədbirlərin milli vətənpərvərlik ruhunun yüksəldilməsində və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını qeyd etdi.

Keçidlər