Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Lökbatan qəsəbəsində 28 fevral 2017-ci il tarixində görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın (1871-1913) anadan olmasının 146 illik yubileyi geniş qeyd olunmuşdur.

01 mart 2017 | 11:00

Yubileyə təşrif buyuran  nümayəndə heyəti Ukrayna Təhsil və Elm Nazirinin birinci müavini Kovtunets Vladimir Vitalyeviç, Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mişenko Aleksandr Pavloviç və digərləri əvvəl Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qəbul edilmişdir.Görüşdə Ukrayna və Azərbaycan xalqlarının dostluğu ilə bağlı fikir mübadiləsi aparılmışdır.Nazirin birinci müavininə yerli xalça ustaları tərəfindən toxunulmuş xalça hədiyyə edilmişdir.
Sonra qonaqlar Lökbatan qəsəbəsindəki Heydər Əliyevin ucaldılmış möhtəşəm abidəsinin önünə gül dəstələri qoymuşlar.Lesya Ukrainkanın adına daşıyan parkda tədbir davam etdirilmişdir. Lesya Ukrainkanın büstü önünə əklil və gül dəstələri qoyulmuşdur.Tədbir açıq elan olunmuş və hər iki ölkənin himnləri səsləndirilmişdir.Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova giriş nitqi ilə açaraq, qonaqları salamlamış və qeyd etmişdir ki, Azərbaycan və Ukrayna xalqlarının dostluğu çoxəsrlik tarixə malikdir. Bakı şəhəri Qaradağ rayonu və Kiyev vilayətinin İrpen şəhəri arasında qardaşlıq əlaqələri haqqında anlaşma olmuşdur,yaranmış əlaqələrin təzahürü olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsində şairin adına bu park salınmış, 2004-cü ildə şairin büstü qoyulmuşdur.
Daha sonra Ukrayna Təhsil və Elm Nazirinin birinci müavini cənab Kovtunets Vladimir Vladimiroviç və Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Mişenko Aleksandr Pavloviç, Azərbaycandakı Ukrayna konqresinin sədri cənab Osadçenko Ynriy Leonidoviç çıxış etmişlər.Qonaqlar Ulu öndər Heydər Əliyevin prezident olduğu dövrdə bu dostluq və qardaşlıq daha da möhkəmləndiyini, möhtərəm cənab prezident İ.Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişlər.
Tədbirin sonunda Qaradağ rayonunun məktəbliləri Lesya Ukrainkanın şeirlərini Azərbaycan və Ukrayna dillərində səsləndirdilər.

Keçidlər