Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda əhalinin icbari tibbi müayinədən keçirilməsinə başlanmışdır.

22 fevral 2017 | 11:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşdan yuxarı əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.
Bununla əlaqədar  Qaradağ Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla həyata keçiriləcək tədbirlərə dair xüsusi qrafiklər tərtib olunmuşdur.
Rayonumuzda əhalinin tibbi müayinəsinin qrafik əsasında yüksək səviyyədə və mütəşəkkilliklə həyata keçirilməsi məqsədilə müvafiq qurumların da cəlb olunması ilə qəsəbə və yaşayış məntəqələrində  tədbirlə bağlı əhali arasında maarifləndirmə işləri aparılmışdır.
Rayon İcra hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsi zamanı yarana biləcək neqativ halların aradan qaldırılması üçün “Qaynar xətt” telefon əlaqə nömrəsi yaradılmışdır.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayonun 19, 17, 23 və 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının Poliklinika şöbələrində, 13 və 32 nömrəli Şəhər Poliklinikalarında müvafiq şəraitlər yaradılmışdır.
Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
Rayonda fəaliyyət göstərən 174 idarə, müəssisə və təşkilatlarda çalışan əmək kollektivlərin tibbi müayinədən keçirilməsi nəzərədə tutulmuşdur.
Fevralın 22-də Qaradağ rayon İcra hakimiyyəti başçısının müavini T.İsmayılova və İcra hakimiyyətinin digər məsul əməkdaşları 13 saylı şəhər poliklinikasında olmuşlar.Tibbi müayinənin gedişi ilə yerində tanış olmuş, əhali ilə söhbət etmişlər.Sakinlər bu şəraitdən razı qaldıqlarını bildirmiş,ölkə prezidentinə təşəkkür etmişlər.

Hazırda rayonda əhalinin tibbi müayinə olunması davam etdirilir.

Keçidlər