Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi 16 saylı Peşə Liseyində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH baçşısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ Rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Liseyin direktoru Əbülfət Qarayev, ziyalılar, liseyin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında söhbət açdı.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir. Azərbaycan beynəlxalq müstəvidə də İslam Həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.
Daha sonra çıxış edən DTX-nın Qaradağ Rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə, eləcə də həyata keçirilmiş təhlillərin nəticələri haqqında dinləyiciləri məlumatlandırdı.
Tədbirdə şagirdlərin sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.
Sonda Liseyin direktoru Əbülfət Qarayev tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.