Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

10 fevral 2017 | 11:00

Qızıldaş qəsəbəsi, 180 saylı tam orta məktəbin müəllim və şagird heyəti ilə keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonunda dini durum və dini ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev Dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, dini radikalizm və ekstremizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətdə aparılan genişmiqyaslı mübarizə öz müsbət nəticələrini verməkdədir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə toxunan natiq bunun İslam dininə və milli-mənəvi dəyərlərə diqqətin ən bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verdi. R.Əmirov Dövlət Təhlükəsizliyi Xidmətinin bu istiqamətdəki fəaliyyəti haqqında dinləyiciləri məlumatlandırdı.
Tədbirin yekununda şagirdlərlə geniş fikir mübadiləsi aparıldı.

Keçidlər