Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirildi

01 fevral 2017 | 11:00

31 yanvar 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal  gənclərinin yığıncağı keçirildi.
Yığıncaqda Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova, millət vəkili A.Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başlanan tədbir daha sonra  öz işini Heydər Əliyev Mərkəzindəki  Konfrans zalında davam etdirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək,  dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.
Millət vəkili Aydın Hüseynov Azərbaycan gənclərin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışdı. Qeyd etdi ki, ötən ilin aprel döyüşlərindəki qələbənin Qarabağın azad olunması uğrunda aparılan mübarizənin məntiqi nəticəsidir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasından söz açdı.
Rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova iri sənaye regionuna çevrilməkdə olan Qaradağ rayonundakı quruculuq və abadlıq işlərindən,  yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söylədi.
Gənclər adından çıxış edən Könül Əhmədova  ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi.
Tədbirin sonunda gənclər sahəsi üzrə rayon, şəhər və ölkə birinciliklərinin qalibləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər