Rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika olimpiadasına start verildi
27 yanvar 2017-ci il tarixində Qaradağ rayonunun 233 nömrəli tam orta məktəbində Azərbaycanda tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika olimpiadası keçirilib. Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlandı. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin, Milli Məclisin deputatı, Azərbaycan Rus icmasının sədri Mixail Zabelin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Valentin Denisov, xanım Lyubov Yakunina iştirak edirdilər.
Olimpiadanın açılış mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öz çıxışında 2016-cı ilin Multikulturalizm ili kimi elan olunmasını və Azərbaycanda Rus dilinə, mədəniyyətinə, dilinə göstərilən diqqət və qayğını vurğuladı. Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini dəstəkləməkdir. Belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıldı. Sonda təşəkkürünü bildirib və şagirdlərə uğurlar arzuladı.
Rusiya səfiri Vladimir Doroxin və Azərbacan Respublikasının Milli Məclisininin Millət vəkili, Azərbaycan Rus icmasının sədri Mixail Zabelin öz çıxışlarında Azərbaycanda rus dilinə olan böyük marağın olduğunu qeyd ediblər. Bunun əsas göstəriciləri ümumtəhsil məktəblərində rus bölməsinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyət göstərməsidir.
Tədbirdə 233 nömrəli tam orta məktəbin şagirdləri rus şairlərinin şeirlərini və rus dilində mahnılar səsləndirdilər, rus rəqsini ifa etdilər. Məktəb şagirdləri Rusiya mədəniyyəti ilə tanış olduqlarını və böyük maraq göstərdiklərini nümayiş etdiriblər.
Mərasim sonunda iştirakçılara müvəffəqiyyətlər arzulandı, rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika olimpiadasına start verildi.